Opera və Balet Teatrına yeni ustad gəldi
0
0
Opera və Balet Teatrı Ukrayna xalq artisti Tatyana Boroviki Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət edib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məşhur balet ulduzu, balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi, “Zəfər” mükafatı laureatı olan Tatyana Borovik adıçəkilən teatrda bir il müddətinə imzalanmış müqavilə əsasında balet truppası ilə ustad dərsləri və məşğələlər aparacaq, həmçinin aparıcı solistlərin klassik balet tamaşalarında çıxışlarda ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaq.
Teatrın direktoru Akif Məlikov məşhur balet mütəxəssisinin Bakıya dəvət olunmasına münasibət bildirərək deyib ki, klassik balet sənətinin tanınmış və qəbul edilmiş ustadlarından birinin Azərbaycan teatrında çalışmağı truppanın professional səviyyəsini daha da artıracaq, yüksək nəticələrə nail olmağa imkan verəcək.
A.Məlikov daha sonra qeyd edib ki, yaxın vaxtlarda teatrla Rusiyanın görkəmli dirijorlarından biri Andrey Anixanov və məşhur ukraynalı opera rejissoru Nikolay Tretyak arasında birgə fəaliyyət haqqında müqavilə bağlanması nəzərdə tutulub: “Opera və balet sənətinin ən dəyərli nümayəndələri və əsl ustadları ilə əməkdaşlıq təcrübəsi bizdə uzun müddətdir ki, həyata keçirilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir. Hesab edirəm ki, bu uğurlu fəaliyyətimizin əsas səbəblərindən biridir”.
Jalə