Zülfiyyə Xanbabayeva Elza Seyidcahana cavab verdi
0
0
Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı, əməkdar artist Elza Seyidcahan barəsində danışıb. O, Lent.az-a açıqlamasında belə deyib: “Elza Seyidcahanın haqqımda nə dediyini nə eşitmişəm, nədə görmüşəm. İlk dəfə sizdən eşidirəm. Gərək baxım, daha sonra bu mövzu haqqında nə isə açıqlama verim. Lazım olsa, Elza Seyidcahana zəng edərəm, öz aramızda bu söhbəti həll edərik”.
Qeyd edək ki, ötən gün əməkdar artist Elza Seyidcahan Lent.az-a açıqlamasında “Brilliant Dadaşova, Aygün Kazımova, Röya, Zülfiyyə Xanbabayeva, Yalçın Rzazadə və s. müğənnilər şou-biznesdə nə ilə yadda qalıb?” sualına maraqlı cavab verib: “Zülfiyyə Xanbabayeva qara geyimləri ilə yadda qalıb”.
Yalçın Süleymanov