Aqil M.Quliyev: “Başıma nələr gəlib...”
11 oktyabr 2012 13:51 (UTC +04:00)

Aqil M.Quliyev: “Başıma nələr gəlib...”

Tanınmış rejissor Aqil M.Quliyev son zamanlar barəsində yayılan xəbərlərə aydınlıq gətirib. Rejissor Lent.az-a bununla bağlı açıqlama verib: “Barəmdə yayılan xəbərlərə şərh vermək istəmirəm. Onu deyə bilərəm ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində bu məsələ ilə bağlı iş gedir. Məsələnin hüquqi tərəfi olduğu üçün bu barədə heç bir açıqlama verə bilmərəm. İnşallah bu məsələ yaxın müddətdə bitəcək və mətbuat konfransı keçirəcəyəm. Daha sonra biləcəksiniz ki, mənim başıma nələr gəlib, üç ildə nələr yaşamışam? Bütün bu suallara mətbuat konfransında aydınlıq gətirəcəyəm”.


Qeyd edək ki, Aqil. M.Quliyevin barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1 (məhkəmənin hökmünü icra etməmək) maddəsi ilə cinayət işi başlanıb. Onunla bağlı Marianna Turabova adlı vətəndaş şikayət edib. Həmin qadın rejissorun ondan 150 min manat aldığını və qaytarmadığını iddia edir. Adil M.Quliyev adıçəkilən qadınla yaxın əlaqələri olduğunu etiraf edib.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3909

Oxşar yazılar