Ebru Gündeşə sürpriz
0
0
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş və Azərbaycan əsilli həyat yoldaşı, iş adamı Rza Zərrab qızları Alaranın 1 yaşını qeyd edəcəklər.
Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin fevralında ailə həyatı quran cütlüyün qızları Alara 2011-ci il oktyabrın 15-də dünyaya göz açıb. Rza Zərrab qızlarının 1 yaşını məşhur Çırağan sarayında qeyd edəcək. Ancaq ad günü oktyabrın 15-də yox, 12-də keçiriləcək. Bunun isə iki səbəbi var. Birincisi, oktyabrın 15-i həftənin birinci gününə düşür, ikincisi, ən əsası isə oktyabrın 12-də Ebru Gündeşin ad günüdür. Rza Zərrab qızının ad gününün daha anlamlı olması üçün onunla həyat yoldaşının ad gününü bir yerdə qeyd etməyə qərar verib. Ad günündə Türkiyənin məşhur adamları iştirak edəcək, o cümlədən xaricdən qonaqlar gələcək.