“Toppuş bacı” artıq piylərini yenidən kəsdirəcək
08 oktyabr 2012 15:06 (UTC +04:00)

“Toppuş bacı” artıq piylərini yenidən kəsdirəcək

0
Azərbaycanın əməkdar artisti, "Toppuş bacı " kimi tanınan aktrisa Tünzalə Əliyeva növbəti dəfə plastik əməliyyat olunmağa hazırlaşır. Bu barədə Lent.az-a açıqlama verən əməkdar artist bildirib ki, əməliyyat dekabrda olacaq: “Bu yaxınlarda mən əməliyyat olundum. Lakin yenə də əməliyyata ehtiyac var. Növbəti əməliyyatda ayaqlarımdan və qollarımdan artıq piyləri götürəcəklər. Əməliyyat olunacağım vaxt da artıq dəqiqdir. Allahın izni ilə dekabrda əməliyyat olunacağam”.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2976

Oxşar yazılar