Aygün Kazımovanın yeni duet ortağı
02 oktyabr 2012 13:48 (UTC +04:00)

Aygün Kazımovanın yeni duet ortağı

0
Xalq artisti Aygün Kazımovanın yeni duet ortağı məlum olub. Bu barədə Lent.az-a Aygün Kazımova bildirib. Yeni duet ortağı bu yaxınlarda müğənni Röya və onun mətbuat katibi Ülviyyə Alovlu ilə qalmaqal yaşayan gənc müğənni Elton Hüseynəliyevdir: Onların oxuyacağı mahnı rus dilindədir: “Mahnı "Tı lyubov moya" (Sən mənim sevgimsən) adlanır. Mahnının musiqisi Cəmil Məmmədliyə sözləri isə Nicat Məlikova məxsusdur”.


Elton Hüseynəliyev isə Lent.az-a bildirib ki, duet təklifini Aygün Kazımovaya o, edib: “Çox sağ olsun ki, duet təklifimə müsbət cavabı verdi. Düşünürəm ki, duetimiz çox yaxşı alınıb”.



Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2752

Oxşar yazılar