Azərbaycanın "Junior Eurovision" təmsilçisinin seçimi başladı
02 oktyabr 2012 10:19 (UTC +04:00)

Azərbaycanın "Junior Eurovision" təmsilçisinin seçimi başladı

0
Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək “Junior Eurovision” (Uşaq “Eurovision”u) Mahnı Müsabiqəsində iştirak etmək üçün Azərbaycan təmsilçisinin seçiminə başlanılıb. "Eurovision" müsabiqəsinin Azərbaycan nümayəndə heyətindən Lent.az-a verilən məlumata görə, ilkin dinləmələrdə azyaşlı istedadlar arasından 12 nəfər seçilib.

Sonra isə peşəkar münsiflər heyəti tərəfindən bu uşaqlar arasından 5 nəfərə növbəti turda özünü sınamaq şansı verilib. Final yarışmasına hazırlaşan 5 nəfər müxtəlif dildə və üslubda mahnılarla münsiflər heyəti qarşısında çıxış edəcəklər. Azərbaycanı təmsil etmək uğurda yarışa qatılan bu azyaşlılar 2 oktyabrda İctimai Televiziyanın “Yeni Gün” proqramında ictimaiyyətə təqdim olunacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar