Bəstəkar da müğənniliyə başladı
0
0
“İfaçılıq bəstəkar kimi fəaliyyətimi azaltmayacaq. Çünki hər bir müğənninin səsinə uyğun mahnı yazıram. Yalnız öz səsim üçün məsləhət bildiyim bəstələrimi ifa edəcəyəm”. Bunu Lent.az-a açıqlamasında bəstəkar Pərviz Mahmudov deyib.
O, bildirib ki, bir neçə gündür radio dalğalarında səslənən “Sığortasız sevgi” mahnısı ilə müğənniliyə başlayacaq. Bəstəkar-müğənni bildirib ki, lirik notlar üzərində yazılan “Sığortasız sevgi” nağıllar kimi gözəl bitəcəyi şübhəli olan sevgidən bəh edir.
Mahnının bəstəsinin özünə aid olduğunu deyən Pərviz bildirib ki, sözləri Leyli, aranjemanı Hakan Erola məxsusdur: “Bu, dostlarım Leyli və Hakan tərəfindən mənə bir hədiyyədir, sadəcə studiyaya girdim və oxudum. Bəstəkarlar adətən pərdə arxasında qalır, onların yalnız imzaları tanınır. Bəstəkarlığım kimi, ifaçılıqda da çox görünməyəcəyəm. Yalnız imzam və səsimlə maraq dairəsində olmaq istəyirəm. Sadəcə sevdiyim və başqa müğənnilərin ifasında görə bilməyəcəyim mahnılarımı ifa edəcəyəm”.