Elnarə Xəlilova stilist Anar Ağakişiyevə cavab verdi - QALMAQAL
Bir müddət öncə stilist Anar Ağakişiyevin müğənni Elnarə Xəlilova haqqında “o, şit və zövqsüz geyinir” sözlərinə xanım müğənninin cavabı gecikməyib. Elnarə Xəlilova bununla bağlı Lent.az-a açıqlama verib: “Mən ona nə deyə bilərəm ki? Onun fikri mənim üçün göstərici deyil. Bunu həyat yoldaşım Rövşən desəydi, mənə maraqlı olardı. Mən də heç Anar Ağakişiyevin imicini bəyənmirəm. Düşünürəm ki, bu, Anarın öz fikri deyil. O, kiminsə sifarişi ilə bu sözləri deyib. Anar məni görəndə qabağıma qaçır, və deyir: “Elnarə xanım, sizi görəndə Madonnanı xatırlayıram”. Belə deyən adamın indi bu fikri səsləndirməsi təəccüblüdür”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
4003