“Eurovision” təmsilçimizin toyudur
Lent.az-ın məlumatına görə, 33 yaşlı müğənni öz sevib-seçdiyi 27 yaşlı Cavidan Şərifovla evlənir.
Cütlüyün toy mərasimi bu gün paytaxt restoranlarının birində baş tutacaq. Toyda mədəniyyət və incəsənət xadimləri, ölkənin tanınmış simaları, cütlüyün yaxınları, dostları iştirak edəcək.
Cütlük mərasimlərin KİV tərəfindən işıqlandırılmasına etiraz edib. Cavidan Şərifov Lent.az-a açıqlamasında deyib ki, bunun üçün restoran xüsusi mühafizəçilərlə qorunacaq: “Şəxsi həyatımızın gündəmdə olmasının əleyhinəyəm. Əsas odur ki, biz xoşbəxtik”.
Cavidan bildirib ki, Səbinə ilə tanışlığı 3 il bundan öncə olub. Builki “Eurovision” Mahnı Müsabiqəsi isə cütlüyün münasibətlərini ciddiləşməsinə səbəb olub.
Toy mərasimini “Şeron” qrupu idarə edəcək.
Cavidan Şərifov hazırda İTV-də rejissor kimi fəaliyyət göstərir.
Jalə

3557