Samir Piriyevdən Zərgərliyə sərt cavab: “O, tərbiyəsiz danışır” - QALMAQAL
Bu barədə Lent.az-a açıqlama verən Samir Priyev xanım müğənninin onun haqqında xoşagəlməz sözlər söyləməsini sərt qarşılayıb. Müğənni bildirib ki, Roza Zərgərli özünü reklam etmək üçün bu addımı atıb: “ Bu hadisə 5-6 il bundan qabaq olub. O zaman mahnı oxuyan zaman icazə almaq da yox idi. Bir xanım kimi onun belə tərbiyəsizcəsinə danışmağına mən nə cavab verim? O, qadındır, kişi olsaydı, onunla başqa cür danışardım. Ümumiyyətlə, mən onu tanımıram. İstənilən mahnını oxuyaram. Deyərəm ki,buna ərkim çatır. Həmkarlarımın da mahnılarını hər zaman səsləndirmişəm”.
Müğənni öz növbəsində Roza Zərgərlinin ifasını bəyənmədiyini də söyləyib: “Guya Roza Zərgərli necə oxuyur ki? Mənimlə özünü reklam etmək istəyir. Ona mahnı lazımdırsa, gəlsin, mən ona 10 mahnı verim. Onsuz da onun ifa etdiyi “Qəlbdən sevən” mahnısı tanınmayacaq, sevilməyəcək. Çünki həmin mahnı mənim ifamda sevilib. Rozanın ifasında uğurlu alınmayacaq”.
Qeyd edək ki, müğənni Roza Zərgərli “Qəlbdən sevən” mahnısına çəkdirdiyi klipin təqdimat zamanı həmin mahnını bir neçə il bundan əvvəl ifa edən həmkarı Samir Piriyevin haqqında sərt ittihamlar səsləndirmişdir. O, müğənnini icazəsiz mahnı oxuduğu üçün sırtıq və mədəniyyətsiz adlandırmışdır.
Jalə

3152