Keçmiş xanımı: “Hüseyn Dərya məni bədbəxt etdi...”
Lent.az-ın məlumatına görə, reperlə ailə həyatına tamamilə son qoyan Sona yenidən ailə qurmaq qərarına gəlib. Şəxsi həyatı ilə bağlı Lent.az-a açıqlama verən Sona bildirib ki, hazırda münasibətdə olduğu şəxs iş adamıdır və ona qarşı olduqca diqqətlidir: “O, əsl ailə başçısı olacaq şəxsdir. Mənə və övladıma qarşı olduqca diqqətli və qayğıkeşdir. Onunla münasibətlərimizi rəsmiləşdirmək qərarına gəlmişik. Amma hələlik müəyyən müddət gözləyəcəyəm”.
Birinci həyat yoldaşı reper Hüseyn Dəryadan danışan Sona bildirib ki, həmin nikaha görə çox peşmandır: “Hüseyn məni bədbəxt etdi, həyatımı zəhərlədi. Ona görə də həmin vaxt etdiyim səhvləri bir daha təkrar etməyəcəyəm. Mənim cavanlığım əldən getdi. 19 yaşımda Hüseynlə tanış oldum. 22 yaşımda artıq Cahangir dünyaya gəlmişdi. Çox çətinliklər yaşadım”.
Birinci nikahdan olan 6 yaşlı oğlu ilə yaşayan Sona bildirib ki, Hüseynə uşaqla görüşməyə icazə də verib.

5600