Gözəllik müsabiqəsinin finalında tanınmış simalar olacaq
Azərbaycanda ilk dəfə olaraq “Miss Civilization of The World 2012” (Mədəniyyətlər Gözəli 2012) gözəllik müsabiqəsində iştirak edən 24 ölkənin təmsilçisi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, yarışmanın təşkilatçısı “CFC Organization”un rəhbəri Kemal Cenk bildirib ki, həmin ölkənin iştirakçılarının bəziləri müsabiqə ilə, digər qismi isə modellərin təklifi ilə Azərbaycana göndərilib. Cenk bildirib ki, bir neçə ölkə ilə viza məsələləri həll olunmadığı üçün onlar hava limanından geri qayıdıblar. Həmin ölkələr Lüksemburq, Hollandiya, Zambiya, Litvadır. Bakıya gələn qonaqlara Azərbaycanın tarixi yerləri nümayiş olunacaq. Şəki, Qəbələ və bir çox rayonlara turları təşkil ediləcək.
Münsiflər heyətində Türkiyənin ən tanınmış modelləri, eləcə də müxtəlif illərdə gözəllik müsabiqəsində qalib olan gözəllər olacağını söyləyən Cenk deyib ki, xüsusi qonaqlardan Sülha Özgərimli, Hüsnü Şənləndirici, “Kurtlar vadisi” serialında çəkilən tanınmış aktyor Osman Albayrak, Azərbaycandan isə cəmi bir neçə nümayəndə iştirak edəcək. Azərbaycan tərəfdən müsabiqənin siması xalq artisti Aygün Kazımova olacaq.
Təşkilat rəhbəri yarışmanın proqramını da açıqlayıb: “Birinci gün hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri Azərbaycan milli geyimində, “Sarı gəlin” sədaları altında podiuma çıxacaqlar. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimlərində olacaqlar”.
Cenk bildirib ki, qalibə 25 min avro dəyərində brilliant qaşlarla bəzədilmiş tac hədiyyə ediləcək. İtaliyada hazırlanan tac ayın 20-də Bakıya gətiriləcək.
Jalə

Oxşar yazılar

Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31
6 ayda 26 kilo arıqladı! İşin Karaca sirrini açıqladı
21 aprel 2025 , 12:56
Sürpriz eşqin ilk FOTOSU – Məşhurlar qovuşdu
21 aprel 2025 , 11:46
Məşhur müğənni: “Yaxşı bir it olmaq istərdim”
19 aprel 2025 , 19:10
Selena Qomes cinsi həyatı ilə bağlı elə şeylər paylaşdı ki...
18 aprel 2025 , 14:12
Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü
18 aprel 2025 , 11:38
Ben Afflektlə Cennifer Qarnerin sevgi hekayəsi
18 aprel 2025 , 10:28