Telli Borçalı tüğyan elədi: “ Mənə çoxlu imkanlı kişilər elçi gəlir”
14 sentyabr 2012 18:15 (UTC +04:00)

Telli Borçalı tüğyan elədi: “ Mənə çoxlu imkanlı kişilər elçi gəlir”

Bunu Lent.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı şəxsi həyatı ilə bağlı danışarkən deyib. Aşıq xanım bildirib ki, onunla evlənmək istəyənlərin sayı həddindən artıq çox olsa da, o, heç kimlə evlənmək istəmir: “Məni sevən şəxs sənətimi qəbul etmirsə, varlığı boyda qızıl belə olarsa, yenə qəbul etmərəm. Mən bu sənətlə yaşayıram. Kim olsa belə yenə bu sənəti atmaram. Mənə elçi gələn insanlar çoxdur. Özü də bir söz deyim, onların əksəriyyəti imkanlı insanlardır. Sırf mənim üçün Rusiyadan gələnlər olub. Deyiblər ki, səninlə evlənmək istəyirik, amma bir şərtlə ki, Rusiyada yaşayacağıq. Qəbul edə bilmərəm. Mən ruslara “Sənin ajığına” necə deyə bilərəm? Ürəyim dözməz orada yaşamağa”.

Telli Borçalı bütün kişilərdə kiçik nöqsan axtardığı üçün özünü qınayıb: “Mənim çox pis xarakterim var. Hər zaman çox sevilmişəm, amma sevə bilməmişəm. Mən ideal kişi axtarıram. Həm də çox surətpərəstəm. İstəyirəm ki, ailə quracağım insan boy-buxunlu, yaraşıqlı olsun”.

Aşıq xanım deyir ki, toy məclislərində kişilərlə səmimi olmağı sonradan həmin şəxslərin ailəsində söz-söhbət də yaradır: “Bir dəfə bir məclisə getmişdik. Mən də çalıb-oxumaq həvəsində deyildim. Məclisə gələn kimi tamada mənə təriflər qoşdu. Kişinin həyat yoldaşı bunu görüb acıqlandı. Öz ərinə camaatın içində olmazın sözlərini dedi. Kişi də bərk əsəbiləşib, dedi get evə, sənin yerin qaz sobasının yanında oturmaqdır. Ötən gün də Sabirabada toya getmişdik. Məclisdəkilərin də əksəriyyəti Hacı kişilər idi. Hamısı arxamla düşmüşdü. Özüm də hərdən təəccüblənirəm ki, məni bu qədər insan necə sevir?”

Son vaxtlar mətbuatda çox az hallarda göründüyünü deyən Telli Borçalı bunun üçün ona qadağalar qoyulması ilə bağlı yayılan söz-söhbətlər də aydınlıq gətirib: “Deyirlər ki, mən guya imkanlı bir şəxslə evliyəm. O, məni efirlərə, mətbuata buraxmır. Amma təbii ki, bunlar yalandır. Bundan sonra məni daha tez-tez efirlərdə görəcəksiniz”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7395

Oxşar yazılar