Murad Dadaşov yeni layihələr hazırlayır
12 sentyabr 2012 13:14 (UTC +04:00)

Murad Dadaşov yeni layihələr hazırlayır

0
Tanınmış teleprodüser Murad Dadaşovun rəhbərliyi altında “M Group Production” “Bu da bu” layihəsini davam etdirir. Bu barədə Lent.az-a məlumat verən şirkətin baş prodüseri Toğrul Məmmədov bildirib ki, “Bu da bu” həftəlik komediya serialının yeni mövsüm üçün çəkilişləri başlayır. Onun sözlərinə görə, yaxın vaxtlarda efirə çıxacaq serialda əsas xarakteri tanınmış aktyor Müşfiq Şahverdiyev canlandırır. İkinci əsas rolda İlkin Misgərli, digər rollarda isə gənc aktyorlar, milli “Şən və Hazırcavablar Klubu” çempionatlarının iştirakçıları oynayacaqlar.


“M Group Production”un rəhbəri Murad Dadaşov Lent.az-a açıqlamasında bildirib ki, yeni mövsümdə bir neçə layihə həyata keçirəcək: “Bir neçə televiziyadan təkliflər gəlir. Hazırda onlar üçün layihə hazırlıqları gedir. Həmin layihələri yaxın vaxtlarda telekanallarımıza təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2418

Oxşar yazılar