Rihanna Tofiq Bəhramovda oxumayacaq
AFFA-dan Lent.az-a verilən məlumata görə, Bakının ev sahibi etdiyi FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyun cədvəlində kiçik dəyişiklik edilib. Dəyişikliyə səbəb, oktyabrın 4-də Tofiq Bəhramov adına stadionda "Neftçi" klubunun İtaliyanın “İnter” klubu ilə oyununun keçirilməsidir. Bu səbəbdən də oktyabrın 5-də, saat 20:00-da stadionunda keçirilməsi nəzərdə tutulmuş FİFA U-17-nin 1/4 final oyununun keçiriləcəyi məkan dəyişdirilib. Oyun eyni tarix və saat saxlanılmaqla, Bakıdakı 8-ci kilometr stadionunda keçiriləcək. Bu səbəbdən də Rihannanın konserti təxirə salınıb.
Rihannanın konsertinin təşkilati işləri ilə məşğul olan şirkətin PR xidmətindən Lent.az-a verilən məlumata görə, müğənninin oktyabrın 6-da “Crystall Hall”da keçiriləcək konsert proqramı qüvvədə qalacaq.
Stadionda konserti izləmək üçün bilet əldə edən tamaşaçılar isə həmin biletləri AFFA-nın inzibati binasına təhvil verərək, ödədikləri məbləği geri ala bilərlər.
Maliyyə məsələləri ilə bağlı əlavə məlumat almaq istəyənlər Zaur Məmmədova (+994 55 234 20 12) müraciət edə bilərlər.
Jalə

2500