Azərbaycan ilk dəfə “Junior Eurovision”a qatılacaq
04 sentyabr 2012 14:53 (UTC +04:00)

Azərbaycan ilk dəfə “Junior Eurovision”a qatılacaq

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan artıq builki müsabiqədə iştirakını təsdiqləyib.

Artıq 12 ölkə dekabrın 1-də Amsterdamda keçiriləcək “Junior Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək niyyətini bildirib. Azərbaycanla yanaşı, bu il İsrail və Albaniya da bu yarışmada ilk dəfə iştirak edəcək. “Junior Eurovision-2012” müsabiqəsində Azərbaycan, Albaniya, Belarus, Belçika, Gürcüstan, İsrail, Moldova, Niderland, Rusiya, İsveç, Ukrayna və Ermənistan təmsil olunacaq.

“Junior Eurovision”un rəhbəri Sietse Bekker bu il müsabiqənin 10-cu dəfə keçiriləcəyini bildirib. O bu il yarışmada yeni ölkələrin iştirakından məmnun olduğunu diqqətə çatdırıb: “Bu il yarışmamıza daha üç ölkə adını yazacaq. Biz yeni ölkələrin qatılmasına çox şadıq. Eyni zamanda bəzi ölkələrin bu il yarışmaya qayıtması sevindirici haldır. Belə bir çətin iqtisadi böhran dönəmində yarışmada iştirak etdikləri üçün EBU olaraq həmin ölkələrin yayımçı televiziyasına dəstək verəcəyik”.

Qeyd edək ki, “Junior Eurovision-2012” dekabrın 1-də Amsterdamdakı “HMH Arena”da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1883

Oxşar yazılar