Stilist Samirdən övladı ilə bağlı şok açıqlama
Tanınmış stilist Samir Əliyev şəxsi həyatı ilə bağlı bir çox məqamlara aydınlıq gətirib. Bu barədə Lent.az-a açıqlama verən stilist bildirib ki, ailə qurmaq haqqında hələlik düşünməsə də, gələcəkdə evlənmək arzusundadır. Stilist deyib ki, evləndikdən sonra imicində köklü dəyişiklik edəcək: “Mən bilirəm ki, çox yaxşı ailə sahibi olacağam. Amma elə bir insanla ailə qurmalıyam ki, o məni başa düşsün. Mənim bir xanımı xoşbəxt edəcək gücüm var. Amma mən ata olandan sonra istəmirəm ki, övladlarıma söz gəlsin. Onları lağa qoysunlar. Övladım eşidər, pis olar. Ata olmaq üçün də gərək bir ata görkəmi olsun. Ona görə də evləndikdən sonra imici dəyişəcəyəm”.
Stilist deyir ki, oğlan və qız övladları arasında heç bir fərq qoymasa da, oğlunun tərbiyəsi ilə şəxsən özü məşğul olacaq: “Övladlar arasında heç bir fərq qoymaq istəmirəm. Amma qızım olarsa, onun tərbiyəsi ilə təbii ki, anası, oğlum olarsa, özüm məşğul olacağam. Uşaqlar süni mayalanma ilə dünyaya gəlsələr də, mən onlara əsl atalıq edəcəyəm”.
Ətrafdakıların ona münasibətinə görə xaricdə yaşamaq fikirlində olub-olmadığına gəlincə, stilist bildirib ki, Azərbaycanı çox sevdiyi üçün heç bir yerə getməyəcək: “Mən bu torpaqda doğulmuşam. Azərbaycan üçün canımı da verməyə hazıram. Ona görə də heç kimin tənqidinə fikir vermirəm. Mən öz həyatıma barışmışam. Bütün təsirlərə baxmayaraq, heç bir yerə getməyəcəyəm”.
Hələlik sevdiyi şəxsin axtarışında olduğunu söyləyən stilist deyib ki, ona çoxlu sayda evlənmək təklifləri də gəlir: “Əgər siz mənim telefonuma gələn sevgi mesajlarını görsəydiniz... Hər gün mənimlə ailə qurmaq istəyən xanımlar zəng edirlər, mesaj yazırlar. Amma mən hələ buna hazır deyiləm. Əvvəllər sevdiyim şəxs olub. Amma sonradan bir-birimizi başa düşmədik. İndi məndə sevgi hissləri yoxdur. Özümü bədbəxt hesab etmirəm. Çünki işləyirəm, pul qazanıram. Amma mən həqiqətən mənimlə özünü xoşbəxt hiss edən xanımın axtarışındayam”.
Jalə

7037