Elza Seyidcahan: “Mənim ərim bütün ərlərdən yaxşıdır...” - CAVAB
Azərbaycanın əməkdar artisti Elza Seyidcahan özü haqqında yayılan şayiələr aydınlıq gətirib. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, onun ailə həyatı qurması ilə bağlı yayılan xəbərlər əsassızdır: “Bu barədə xəbərsizəm. Necə olur, oğlan evində toydur, qız evinin xəbəri yoxdur. Mənim övladlarımın ailə quran vaxtlarıdır. Hansı haqla mənim haqqımda belə bir xəbərlər yayılır? Mən, ümumiyyətlə, bu haqda fikirləşmirəm. Mənim ərim mənim sənətimdir. Bütün ərlərdən yaxşıdır. Kişilərin ən yaxşısıdır. Məni yedizdirir, qoruyur, sevdirir, hörmət etdirir. Nəyimə lazımdır ərə getmək? Bir dəfə ailə qurdum, əlim bala batdı, ikinci dəfə yağa batacaq? Bu xəbərlər məni sevməyənlərin iftiralarıdır. Onlar bilmirlər Elzanı nə ilə ələ salsınlar. Amma deyirəm ki, sizdə bu dəfə də alınmadı”.
Jalə
Jalə
6530