Şərq ulduz falı (20-26 avqust)
18 avqust 2012 16:31 (UTC +04:00)

Şərq ulduz falı (20-26 avqust)

OĞLAQLAR bu həftə həmkarlarına loyal münasibət bəsləməli və fikirlərini zorla hamıya qəbul etdirməməlidirlər. Başqalarının fikirlərinə hörmətlə yanaşıb, onları dinləməyi bacarmalısınız. Ola bilsin, dostunuzun məsləhəti çoxdan bəri başınızda dolaşan layihənin icrasına təkan versin. İndi evinizdə təmir işləri aparmaq, interyerə əl gəzdirmək üçün əlverişli vaxtdır. Ciddi dəyişikliklərdən çəkinməyin. Hər şey yaxşılığa doğrudur.

DOLÇALARIN saysız-hesabsız maraqlı ideya və layihələrinə onların ailə üzvləri də qoşula bilərlər. Planlarınızı ətraflı götür-qoy edin və çox da süründürməyin. Həmkarlarınızla məsləhətləşməkdən çəkinməyin. Sizə yaxşı münasibət bəsləyirlər və böyük məmnuniyyətlə kömək edəcəklər. Ailənizdə harmoniya və qarşılıqlı anlaşma ab-havası hökm sürür. Arxa cəbhədə işlər yaxşı getdiyi üçün xoş əhval-ruhiyyə yaxın günlərdə sizi tərk etməyəcəkdir.

BALIQLARA da bu həftə ailə münasibətlərində tam harmoniya vəd edir. İdilliyanızı heç kim və heç nə poza bilməz. Yaxından bələd olmadığınız insanların “isti aşınıza soyuq su qatmalarına” imkan verməyin. Subayların da bəxti gətirəcəkdir. Ətrafınıza yaxşı-yaxşı göz gəzdirin. Çoxdan axtardığınız yarınız, ola bilsin, elə öz həmkarlarınızın arasındadır.

QOÇLARA bu həftə mütləq maliyyə uğurları gətirəcəkdir. Lakin ehtiyatlı olun, başınızı itirməyin. Fikirlərinizdə çaşqınlıq yaranmasına yol verməyin. Bu halda pullarınızı rahat və səmərəli xərcləyə bilərsiniz. Əhvalınızın xoş olması ailə üzvlərinizə də sirayət edəcəkdir. Onlar da sizi qayğı və mehribanlıqla əhatə edəcəklər. Problemlərin həyatınızı korlamasına imkan verməyin. Siz istənilən məsələni və ixtilafı yoluna qoymaq iqtidarındasınız.

BUĞALAR ətrafdakıların bütün ciddi-cəhdlərinə baxmayaraq, təbdən çıxmamalıdırlar. Hətta ən gərgin vəziyyətdə belə təmkininizi pozmayın. İşdə münaqişəli vəziyyət öz-özünə həll olunacaqdır. Evdə isə əvvəlki əmin-amanlığı bərpa etmək üçün tər tökməlisiniz. Yaxınlarınıza kompliment deməkdə, onları hədiyyə yağışına tutmaqda xəsislik etməyin, çünki əvəzini üçqat alacaqsınız. Tezliklə bütün incikliklər unudulacaq və siz rahat nəfəs alacaqsınız.

ƏKİZLƏR onları sevən insanlara qarşı daha diqqətli olmalıdırlar. Sizə xas olan düşünülməmiş hərəkətlərlə bəzən yaxınlarınızın qəlbini qırıb onları incidirsiniz. Bu həftə heç kimlə münaqişəyə girmək məsləhət görülmür. Yaxşısı budur, yaxınlarınızın sizi qayğı ilə əhatə etmələrinə imkan verib, evinizdəki xoş ab-havadan zövq alasınız. Sizə güc verəcək belə istirahət lap yerinə düşəcək və özünüzə inam hissini möhkəmləndirəcəkdir. Tezliklə yeni işgüzar layihənin icrasına başlayacaqsınız.

XƏRÇƏNGLƏR bu həftə nəticəsindən əmin olduqları işlərin qulpundan yapışmalıdırlar. Xam xəyallar və özündən müştəbehlik səhv addımlara gətirib çıxara, cəhdlərinizin boşa çıxması ilə nəticələnə bilər. Yaxşı olar, işdəki ixtilafları mümkün qədər tez və qətiyyətlə həll edib, qarşılıqlı fəaliyyət üçün yeni yollar axtarıb tapasınız. Yaranmış mürəkkəb vəziyyətdən yalnız ağılla hərəkət etməklə alnıaçıq-üzüağ çıxa bilərsiniz.
ŞİRLƏR diqqəti cəlb etmək və bəzi əhəmiyyətli məsələləri yoluna qoymaq üçün rəhbərliyin əhvalının xoş olmasından istifadə etməlidirlər. Ola bilsin, sizə yeni və perspektivli bir iş təklif edəcək, yaxud vəzifənizi artıracaqlar. Həftə evinizin abadlaşdırılması ilə bağlı işlərə də rəvac verir. Vaxt tapıb xırda təmir işləri aparsanız, mənzilinizdə səliqə-sahman və rahatlıq yarada bilərsiniz.
QIZLARA bu həftə bir çox plan və ideyalarını gerçəkləşdirmək imkanı veriləcəkdir. İşlərinizə bir balaca kreativ yanaşsanız, demək olar, istədiyiniz hər şeyə nail ola bilərsiniz. Həftə maddi durumunuzu yaxşılaşdırmaq üçün də əlverişli olacaqdır. Məqsədinizə çatmaq üçün tərəfdaşlarınıza və rəhbərliyə real imkanlarınıza uyğun vədlər verməlisiniz. Həftə sonu çoxdan planlaşdırdığınız bazarlıq uğurlu olacaqdır.
TƏRƏZİLƏR yaxın günlərdə səmərəli işləyib, çox işin öhdəsindən gələcəklər. Gücünüz və enerjiniz aşıb-daşacaq, həftə isə maraqlı, dolğun görüşlər və yeni tanışlıqlarla yadda qalacaqdır. Eyni zamanda istedadlarınızı nümayiş etdirmək fürsətini əldən verməməlisiniz. Belə təqdimatdan sonra insanların gözündə nüfuzunuz və populyarlığınız xeyli artacaq, yaxınlarınız isə qazandığınız uğurlara görə sizinlə qürur duyacaqlar.

ƏQRƏBLƏR planlarını gerçək imkanlarına uyğunlaşdırmalıdırlar. Ehtimal ki, çox arzusunda olduğunuz nədənsə imtina etmək məcburiyyətində qalacaqsınız. Bircə şey təskinlik verir ki, hər bir təklif və təşəbbüsünüz tərəf-müqabiliniz tərəfindən düzgün qarşılanacaq və dəstəklənəcəkdir. Bu həftə gəlirlərinizi xeyli artırmaq üçün yaxşı imkanınız olacaqdır. Amma məsəli sizdən uzaq: ayı nə qədər tələssə də, armud vaxtında yetişir. Yəni hadisələri qabaqlamaq əvəzinə səbir və təmkinlə hərəkət etməlisiniz.

OXATANLAR bu günlər daha məqsədyönlü olmalı, işlərinə daha yaradıcı yanaşmalıdırlar. Onda mütləq yüksək nəticələrə nail olacaqsınız. Bu günlər enerjiniz və peşəkar fəaliyyətlə bağlı məsələləri həll etmək bacarığınız xeyli güclənəcəkdir. Ailə məsələlərində daha həssas olmalısınız. Unutmayın ki, söz quşdur, buraxsan uçub gedər. Odur ki, deyəcəyiniz sözləri ağzınızda bişirib çıxarın, hərəkətlərinizə diqqət yetirin. Uşaqlar sizi öz nailiyyətləri ilə sevindirəcəklər.

Azərtac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4409

Oxşar yazılar