Pişik Günel: “Pişik adı mənə elə doğmadır ki…”
08 avqust 2012 16:41 (UTC +04:00)

Pişik Günel: “Pişik adı mənə elə doğmadır ki…”

Günün özəlliyini nəzərə alaraq Azərbaycan şou-biznesinin “Pişik” ləqəbli nümayəndəsi Günel Ələkbərova ilə əlaqə saxladıq. Pişik Günel Lent.az-a açıqlamasında qeyd edib ki, bu ləqəbi ona 2004-cü ildən veriblər: “Burda qəbahət heç nə yoxdur. İnsanlar özlərinə əjdaha, kirpi, kərtənkələ ləqəblərini götürürlər. Oğlanlar da sevdiklərinə “pişiyim” deyə müraciət edirlər. Mənə də “pişik” deyəndə narahat olmuram”.

Gənc sənətçinin sözlərinə görə, şou-biznes aləmində Günel adında bir çox müğənnilər var və onlardan seçilmək üçün ona “pişik” ləqəbi veriblər: “Bu ad mənə elə doğmadır ki, sanki bu adı mənə valideynlərim verib”. Pişik Günel onu da bildirib ki, xalq artisti İlhamə Quliyeva şou-biznes nümayəndələrinə tapşırıb ki, ona “pişik” deyə, müraciət etməsinlər.

“Sizi pişik günü münasibət ilə təbrik ediblərmi” sualına müğənni “Pişikləri sevmirəm və onlardan qorxuram. Ona görə də heç kəs məni təbrik etməyib” - cavabını verib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2729

Oxşar yazılar