“Marketlərdə “droj” (maya) tapa bilmirik”.
Son günlərdə ən çox eşitdiyimiz şikayətlərdən biri də budur. Karantin rejiminə keçəndən sonra, insanların çoxu evdə çörək bişirməyə başladı. Ehtiyatını əvvəlcədən görənlər bir qədər çox olduğu üçün mayalara tələbat da çox olub. Amma bunu problem etməyə dəyməz.
Lent.az oxucuları üçün məsələni xeyli asanlaşdırıb. Siz özünüzün çox sadə və asan əldə edəcəyiniz qidalarla maya hazırlamağın yollarını öyrədəcəyik:
1. Soda və limon suyu
Hamımızın evində demək olar ki, “çay sodası” dediyimiz qida üçün nəzərdə tutulan soda var. Bir çay qaşığı soda və bir xörək qaşığı limon suyunu götürüb qarışdırın. Bu, sizin hazırladığınız xəmirin həmən qabardacaq.
Heç “droj” istifadə edərkən gözlədiyiniz vaxt da lazım olmayacaq.
2. Qabartma tozu və mineral su
Evinizdə maya yoxdursa, digər alternativ üsuldan istifadə edin. 1 çay qaşığı qabartma tozunun üzərinə bir az, ilıq süd və mineral su əlavə edin. Bu mükəmməl bir maya olacaq.
3. Sirkə və ya limon və süd
Növbəti variant isə belədir. Bir stəkan südün içinə bir yemək qaşığı limon suyu və ya şəffaf rəngdə olan sirkə qatın. Mümkündürsə bunu taxta qaşıqla qarışdırın. 10 dəqiqə gözləyin. Məhlul qatılaşacaq. Bundan da maya kimi istifadə edə bilərsiniz.