Yaxşı qarpızı seçmək üçün nələrə diqqət etmək lazımdır?
09 iyul 2020 17:10 (UTC +04:00)

Yaxşı qarpızı seçmək üçün nələrə diqqət etmək lazımdır?

Qarpız yay fəslinin əvəzolunmaz giləmeyvəsidir. Amma hər zaman olduğu kimi, qarpızdan zəhərlənmə halları daha çox qeydə alınır.

Bəs yaxşı, görəsən, dadlı və eyni zamanda dərmansız olan qarpızı necə tanımaq olar?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, mütəxəssislər deyir ki, əslində, şirin qarpızı seçmək heç də çətin deyil. Qarpızı alan zaman hətta kəsdirmədən dadını müəyyən etmək mümkündür. 

Qarpız seçərkən, nə çox böyüyünü, nə də ki, lap kiçiyini götürmək lazımdır. Optimal olanı orta ölçülüləridir. Onu da deyək ki, yaxşı qarpız öz ölçüsündən ağır gələnidir.

 Qarpızın üzərindəki ləkələr, qarpızın torpağa dəydiyi yerlərdir. Qarpız üzərində sarı və açıq ləkəli qarpızlara üstünlük verin.
Qarpızdakı hörümçək toruna bənzər yerlər, arıların qarpız çiçəklərini mayalandıranda toxunduğu yerlərə işarə edir. Ləkənin çox olduğu qarpızlar, daha şirindir.
 Uzun qarpızların sulu, girdə qarpızların şirin olduğunu da unutmayın.

Hamar, ideal formalı qarpız adətən dadlı olmur. Şirin və dadlı qarpızlar bir az yaraşıqsız olur. Xüsusilə, torpağa əyildiyindən üzərinə ağ ləkə düşən əyri formalı qarpızlar daha şirin olur.

Qarpızın saplağının olması vacibdir. Saplaq qarpızın yetişməsini göstərən əlamətdir. Sarımtıl quru saplaq qarpızın yetişdiyinə işarədir. Əgər saplaq yaşıldırsa, demək o yetişməmiş qopardılıb.

Qeyd edək ki, qarpız çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Qarpızda 8-12 faiz şəkər var. 10-15 kiloqramlıq qarpızda 1-1,5 kiloqram təmiz şəkər olur. Məhsulun böyük müalicəvi əhəmiyyəti var. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.

Qarpızı nisbi rütubətliyi 60-80 faiz, temperaturu isə 2-30 dərəcə olan yerdə saxlamaq lazımdır. Hər gün yoxlanılmalı və azacıq zədələnmə olarsa, istifadə edilməlidir. Sortlardan asılı olaraq, qarpızı 3-6 aya kimi saxlamaq mümkündür.Eyni zamanda, mütəxəssislər şəkərli diabetdən və böyrək çatışmazlığından əziyyət çəkən insanlara ehtiyatlı davranmağı tövsiyə edib. Ya kiçik miqdarda qarpız yeyilməli, ya da tamamilə imtina etmək lazım ola bilər.Bundan əlavə, qarpızı acqarına və ya yeməkdən dərhal sonra yeməməlisiniz. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24979
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar