Şirniyyat ustasının hazırladığı tortlar sosial mediada hər kəsin diqqətini çəkib.
Lent.az xəbər verir ki, Tuba Geçkilin fərqli konsepsiyalarda hazırladığı tortlarını real məhsullardan ayırmaq demək olar mümkün deyil.
Videoları izləyənlər əvvəlcə məhsulların həqiqi olduğunu düşünə bilərlər, lakin bıçaqla kəsildikdən sonra tort olduğunu anlayacaqlar.
Tərliklərdən tutmuş küllüklərə qədər, qəhvə şüşələrindən vaza qədər reala bənzər məhsullar istehsal edən sənətçi videolarını sosial mediada paylaşır.