Təbiətin başqa üzü: 1746 insan və 3500 heyvanın həyatını itirdiyi fəlakət
24 avqust 2020 19:37 (UTC +04:00)

Təbiətin başqa üzü: 1746 insan və 3500 heyvanın həyatını itirdiyi fəlakət

Tarix 1986-cı il avqustun 21-ni göstərdikdə, Kamerundakı sönmüş bir vulkan krateri Nyos gölündə dünyada əvvəllər görülməmiş bir hadisə baş verdi. 

Nyos gölünün yerləşdiyi bölgə tez-tez yağışların yağdığı bir yerdir. Bu səbəbdən torpaq sürüşmələri tez-tez baş verə bilər.

Hər şey normal davam etsə də, avqustun 21-də yenidən torpaq sürüşməsi baş verir, amma bu dəfə nəticələr heç də ürəkaçan deyildi!

Sönmüş bir vulkan krateri olan Nyos gölünün altında illərdir magma qaynadığı üçün gölün dibinə karbon qazı sızmışdı.

Ölümcül bir qaz olan karbon qazı göl tərəfindən udulur.

Gölün dərinliklərində yaranan su təzyiqi səbəbindən qaz su səthinə çata bilmir. Əlbəttə, illər keçdikcə göl karbon qazı ilə doyur və suyun səthinə yüksəlmək üçün tək bir hərəkət gözləyir. 

Normal şəraitdə 0,3 səviyyəsində qalmalı olan karbon qazı birdən 100 faizə çatır.

İnsan bədəni üçün karbon dioksidinin həddi 10-15 faiz olduğu halda, bir anda 100 faizə qarşılaşınca, ani ölümlər baş verir.

Xüsusilə, heyvanlarda böyük bir tələfat meydana gəlir.

Tarixin görə biləcəyi ən böyük təbii fəlakətlərdən birinin nəticəsində 1746 insan və 3500 heyvan həyatını itirir.

Hətta araşdırmalar nəticəsində dinozavrların dünyadan tamamilə silinməsində belə bir hadisənin səbəbkar olduğu düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4420
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar