Sarımsaq qoxusundan necə qurtulmalı?
26 avqust 2020 16:06 (UTC +04:00)

Sarımsaq qoxusundan necə qurtulmalı?

Sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1936-cı ildə “Journal of the American Medical Association” jurnalında dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər.

Başqa bir həkim isə sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.

Bir neçə il öncə Ohia Dövlət Universitetindən Sheryl Barringer sarımsaqla yeyilən bəzi qidaların qoxunu aradan qaldıra bilmək mövzusunu araşdırıb. Kahı, cırdaquş, kərəviz, kartof, cəfəri, nanə, reyhan və göbələk kimi bəzi tərəvəzlərin sarımsaq iyini azaltdığı bəlli idi. Barringer tələbələri ilə bunun səbəbini və necə olduğunu araşdırıb.

Ən çox işə yarayan qidaların kahı, nanə və alma olduğu aşkar olunub. Amma bunlar bişiriləndə eyni təsiri göstərmirdi. Deməli, bu qidalardakı bəzi fermentlər bişirləndə parçalanır və yararsızlaşır.

Lakin unutmamalıyıq ki, istədiyiniz qədər qoxunu azaldan vasitələrə əl atsanız da, insan yaşayan, nəfəs alıb verən bir kimya fabrikidir.

Yediklərimizlə yanaşı, ağzımızda yaşayan bəlli bakteriyalar, hətta məlum xəstəlikləri daşıyıcısı olub-olmadığımızı belə, nəfəsimiz və tərimizin iyini müəyyənləşdirir.

Elm adamları, nəfəs verdikdə çıxan molekulları nəzərdən keçirərək ağ ciyər xərçəngini müəyyənləşdirmənin mümkünlüyünü anlamağa çalışır. Qan, sidik və ya toxuma nümunələrindəki qoxunu analiz edən elektron qoxu alma cihazları ilə yumurtalıq xərçəngi və ya beyin zədələnməsi kimi xəstəliklərə xas uçucu molekulların müəyyənləşdirə biləcəyi araşdırılır.

İnsanın özündən gələn pis iyləri azaltmaq cəhdi ümumi ədəb qaydasıdır; ancaq, bu qoxuların mühüm məlumatlar daşıması düşüncəsi maraq doğurur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5614
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar