Qəribə, lakin real olan yeddi DONDURMA
20 avqust 2020 12:12 (UTC +04:00)

Qəribə, lakin real olan yeddi DONDURMA

Adət etdiyiniz  karamelli, şokoladlı, limonlu və hətta peçenye ilə olan dondurmaları unudun.  Bu, hər an dondurma yemək istəyənləri belə bir-iki dəqiqə düşünməyə vadar edəcək. Adını eşitdikdə "doğurdanmı" sualına cavab axtaracağınız  dondurmalar var. Məsələn, çiy at ətindən. Bunu sevən var!  Hələ hinduşka, qaz ciyərindən, acı bibərli dondurmaları demirik.  

1. ÇİY AT ƏTİNDƏN DONDURMA 

Tokionun Namja Town adlanan qapalı əyləncə mərkəzində Ice Cream City (dondurma şəhəri) adlı dondurma mağazası var və burada çiy at ətindən olan  dondurmadan başlamış, tərkibində inək dili, duzlu, dəniz suyu, kalmara və səkkizayaqlı ilbizə qədər olan bir çox maraqlı dondurma növləri var.

2. MANQO TURŞULU DONDURMA

Amerikanın ən "maraqlı" dondurma şirkətlərindən biri olan Jeni's Splendid İce Cream həmişə sərhəd tanımayan möhtəşəm dondurma istehsalçısıdır. Ən son yenilik, manqo turşusu ilə olan dondurma növüdür: dondurma əslində qaymaqlı pendirdən hazırlanır, sonra üstünə ətirli sirkə, ağ bibər, qərənfil  və mixək ilə qarışdırılmış manqo turşusunun sousu tökülür.

3. QARĞIDALILI DONDURMA

Nyu- Yorkdakı Max & Mina adlı dondurma istehsalçısı 1998-ci ildən bəri ən qeyri-adi ləzzətləri sınayanlardan biridir.  İstehsal etdikləri dondurmaların əksəriyyəti babalarının resept kitabından götürülür.  Bununla belə, hər kəsin xoşladığı dadlardan əlavə, qarğıdalılı, yaban turplu, sarımsaqlı, pizzalı, hisə verilmiş balıqlı və bibərli  dondurmalar da var.

4. QAZ CİYƏRLİ DONDURMA 

Nyu- Yorkda yerləşən OddFellows dondurması, eksperimental dondurma ləzzətləri ilə də məşhurdur. 2013-cü ildə 300-dən çox  dondurma çeşidi sınayan, dondurmaçının  qaz qaraciyərli dondurması var.

5. ARMUDLU KİFLİ PENDİRLİ DONDURMA 

ABŞ-dakı Salt & Straw dondurmaçısına görə ən yaxşı dadlar ədviyyat və şəkər qarışığından alınır. Bunlardan biri armud və kifli pendir hissəciklərini birləşdirdikləri daddır.

6. ACI BİBƏRLİ DONDURMA 

Əslində hər hansı acı bibər deyil. Dünyanın ən acı bibəri kimi tanınan Hindistana xas olan jolokia bibərli dondurma!  Məsələn, Amerikanın bəlkə də ən qeyri-adi  dondurmaçısı olan The İce Cream Store-da  vanilli dondurma tapa bilməzsiniz.  Bunun əvəzinə Afrika vanilli və ya Madaqaskar vanilli çəyirdəkli dondurmalar var.  Ancaq iş bununla bitmir!  Jolokia ətirli  dondurma, həmçinin xəyal bibəri və ya zəhər də adlandırılan dondurma hər kəs üçün uyğun deyil.

7. ƏNCİRLİ HİNDUŞKALI DONDURMA 

İtaliya dondurması (gelato) istehsal edən Il Laboratorio del Gelato adlı dondurmanın ən qeyri-adi növlərindən  biri əncir və hinduşkalı dondurmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3277
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar