Arıqlamağı qarşısına məqsəd qoyanlar təkcə az yemək yox, həm də arıqlamağa mane olan qidalar haqqında məlumatlanıb, tamam uzaq durmalıdırlar. Arıqlamaq istəyən təkcə tort, pirojnadan yox, konfet, zefir, marmelad - bir sözlə, mağazalarda satılan bəzəkli, şirin nə varsa, imtina etməlidir.
Lent.az xarici KİV-ə istinadən hər kəsin ev şəraitində hazırlaya biləcəyi pəhriz şirniyyatını təqdim edir. Qısa müddətdə hazır olan, zərərsiz və çəki artırmayan “enerji topları” sizin ən sevimli şirniyyatınız olacağına əminik.
“Enerji topları” üçün lazım olan ərzaqlar:
Qaysı - 100 qram
Kişmiş - 100 qram
Xurma - 100 qram
Qoz - 100 qram
Fındıq - 100 qram
Bal - iki və ya üç yemək qaşığı
Hazırlanması:
Hamısı blenderden keçirilir, sonda bal qatılıb top forması verilir. Bir qədər soyuducuda saxlandıqdan sonra çayla birlikdə qəbul edə bilərsiniz.