Çörək xəmirinin əvəzolunmaz qatqılarından biri olan maya yoxdursa, narahat olmayın. Mayanın əvəzinə başqa məhsulları istifadə edə bilərsiniz.
Lent.az xarici KİV-ə istinadən quru və yaş maya əvəzinə istifadə edə biləcəyiniz bu məhsulları təqdim edir:
Soda və limon suyu
Maya yerinə soda və limon suyu istifadə edə bilərsiniz. Adət etdiyiniz qədər yaxşı mayalanmış olmasa da, bu çörəklərin də dadından doya bilməyəcəksiniz. Normal çörək istehsalında 1 xörək qaşığı maya əvəzinə 1 çay qaşığı soda və 1 çay qaşığı limon suyu qarışdırıb xəmirə əlavə edə bilərsiniz.
Qabartma tozu və mineral su
Maya əvəzinə istifadə edə biləcəyiniz başqa bir qarışıq qabartma tozu və mineral sudan ibarətdir. 1 çay qaşığı qabartma tozunun üstünə bir az mineral su və isti süd əlavə etməklə çörəyinizin xəmrini hazırlamağa başlaya bilərsiniz.
Nuş olsun!