Kökəlmək istəyənlərin diqqətinə: Hər axşam...
07 iyul 2020 10:07 (UTC +04:00)

Kökəlmək istəyənlərin diqqətinə: Hər axşam...

Bir çox insanlar, xüsusi ilə də  qadınlar artıq çəki problemindən əziyyət çəkir. Bu problemlə mübarizə aparmağına rəğmən, hədindən artıq arıq olub, kökəlmək istəyənlərin sayı da az deyil.

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir. Bəs fizioloji və genetik xüsusiyyətlər səbəbindən çəki yığıb görkəmini istədiyi kimi dəyişə bilməyən "arıqlar" nə etməlidir?

Əlbəttə, hər şey düzgün qidalanmadan başlayır.

Lent.az xarici KİV-ə istinadən kökəlmək üçün kokteyli təqdim edir:

Kokteylin hazırlanması üçün lazım olanlar:

1 ədəd banan
7 ədəd qoz ləpəsi
200 ml süd
100 g yulaf
2 yemək qaşığı qaymaq
1 yemək qaşığı çia toxumu
Bu ərzaqları blendirdən keçirərək bir qədər soyuducuda saxlayırsınız. Axşam yeməyində 2 saat sonra qəbul edirsiniz.

Kökəlmək istəyən xanımların nəzərinə çatdıraq ki, qidalanma ilə yanaşı, stressdən uzaq olub, yuxu rejiminizə də diqqətlə yanaşın.Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5839
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar