Kartofu suda qaynadanda bu səhvləri etməyin!
24 avqust 2020 18:41 (UTC +04:00)

Kartofu suda qaynadanda bu səhvləri etməyin!

Mətbəxdə demək olar ki, hər yeməkdə istifadə olunan kartof çox miqdarda nişasta ehtiva edən tərəvəzlərdən biridir. Xüsusilə yay aylarında bir çox yeməyin reseptinə uyğun gələn kartofu qaynadarkən nə qədər səhv etdiyinizi bilirdinizmi?

Lent.az xarici KİV-ə istinadən kartof qaynadarkən istifadə etməli olduğunuz ipuclarını təqdim edir:

Kartofun qabığını soymayın

Bir çox insan kartofun qısa müddət ərzində qaynayıb hazır olması üçün qabığını soyur. Ancaq bu üsul kartofdan kifayət qədər protein almamağınıza səbəb olur. Kartofun protein miqdarının yarısı və vitaminlərin üçdə biri qabığındadır. Buna görə kartofun qabığını soymadan əvvəl bir daha düşünün.

Qabıqlarını yaxşı-yaxşı fırçalayın

Kartofu qaynatmadan əvvəl bir fırça ilə suyun altında sürtün. Bu şəkildə kartofda yığılan kir və zibil təmizlənəcək.

Qaynatmaq üçün hissələrə bölün

Kartofu qısa müddətdə qaynatmağın ən yaxşı yollarından biri onları bərabər hissələrə bölməkdir. İstədiyiniz miqdarda kiçil bilərsiniz.

Soyuq suda qaynatmaq daha məsləhətlidir

Əksər aşpazlar kartofu isti suya qoyaraq qaynatmağa başlayırlar. Ancaq bu üsul kartofun isti suda tez dağılmasına səbəb olur. Bunun əvəzinə kartofu soyuq su ilə qaynatmağa başlayın. Kartofun su ilə eyni vaxtda istiləşməsinə icazə versəniz, bu zaman kartof öz qaydası ilə qaynayacaq və dağılmadan bişəcək.

Təxminən 25 dəqiqə bişirin 

Kartofun qaynatma vaxtı da ləzzətini dəyişdirən amillərdən biridir. Kartofu təxminən 25 dəqiqə bişirmək lazımdır. Daha sonra kəfkir ilə süzüb istədiyiniz reseptə uyğun yemək hazırlayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32431
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar