Dodaq boyayarkən edilən səhvlər
01 iyul 2020 17:57 (UTC +04:00)

Dodaq boyayarkən edilən səhvlər

Hər bir xanım gözəl və cəlbedici görünməyi arzulayır. Buna görə də gündəlik həyatlarında bəziləri çox , bəziləri isə cüzi miqdarda makiyaj edir. Xanımlar makiyaj edərkən bəzi səhvlərə yol verirlər. Buna görə də bəzən gözəl görünmək arzuları nəticəsiz qalır. Xanımların ən çox səhv etdikləri də dodaq boyası seçimində və onun dodaqlara tətbiqi zamanı olur.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.

Bunun üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və kontur karandaşla dodaqlar "doğma” səviyyəsindən 1-2 mm yuxarıda çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun qırmızı çalarlı olmalıdır. Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı, ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm” və "brilyant” şəffaf dodaq parıltıdan da istifadə etmək olar.

Çox həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın təbii sərhədini "gizlətmək” üçün bu kosmetik vasitəni dodağın xarici xətti üzrə çəkirlər.  Bundan sonra rəngi orta tündlükdə olan karandaşla dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi, şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın mərkəzinə vurmaq olar.

Çox kiçik dodağı belə bir üsulla "böyüdürlər”. Əvvəlcə təbii dodaq xəttini duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3 mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən parlaq sədəfli dodaq parıltısı çəkilir.

Çox böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq” uzunluğunu "gizlətmək” üçün kontur karandaşla  çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər - şaftalı rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə etməyin.

Ən çox rast olunan səhvləri bir daha təkrarlamamaqdan ötürü bunlara diqqət edin:

Yetərsiz nəm

İndiki dövrdə dodaq boyalarının çoxunun tərkibində nəmləndirici var, bəziləri isə tamamilə nəmləndirməyə xidmət edən balzam rolunu oynayır. Amma bəzən bu nəm bazaları kömək etmir. Xüsusilə də, soyuq havalar və ya ofisdəki kondisioner sizin dodaqlarınızı daha da çox qurudur. Buna görə də, sizə mütəxəssisdən kiçik ipucu veririk: dodağınıza balzamı qalın qat tətbiq edib 2 dəqiqə gözləyin. Sonra salfet ilə dodağınızı yavaşca silin və boyanı çəkin. 

 Pilinqdən zədələnmə

Zədələnmiş dodaqlarda heç bir dodaq boyası dəqiqliklə qala bilməz. Xüsusilə də, mat dodaq boyaları. Buna görə də, hər axşam dodaqlarınızı yumşaq diş fırçası və xüsusi dodaq pilinqi vasitəsilə (balla şəkər də ola bilər) yavaşca, düzgün formada masaj edin. Dodaq dərisi yumşaq olduğundan asta hərəkətlər edin və sonra balzam, maska çəkin. 

Baz istifadə etməmək

Bir çox xanımlar dolğun dodaqlar əldə etmək üçün bazı qat-qat çəkirlər. Bəzilər isə ümumiyyətlə istifadə etmirlər. Amma dodaq bazı saçların dodaq boyasına yapışmasının, qırmızı dodaq boyası çəkdikdə dişlərin ləkəli olması kimi bir çox xoşagəlməz hallardan sizi sığortalayır. Bazı dodağa tətbiq edin, sonra boyanı çəkin, salfetlə bir az silin, yenidən boyanı çəkin və sanki salfeti öpürmüş kimi edin. Bu üsulla dodaq boyanız uzun müddət dodağınızda qalacaq. Daha bir fincan çayda silinməyəcək.

Dodaq boyasını tətbiq etmə texnikası

Fərqi yoxdur dodaq boyasını nə ilə çəkirsiniz – fırça, barmağınız və elə sadəcə birbaşa tətbiq edirsiniz – heç bir fərq etməz. Sadəcə bilin ki, boyanı dodağınıza mərkəzdən tətbiq etməyə başlayın, sonra kənarlara doğru gedin. Belə etdikdə siz boyanı dəqiqliklə tətbiq edəcəksiniz və heç bir səhv sizin gözəlliyinizə mane olmayacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6727
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar