Gündəlik həyatımızda istifadə etdiyimiz bəzi qidalar soyuducuya qoyulduqda tərkibi dəyişir, bəzi vitaminlər ölür və insan orqanizminə mənfi təsir edir. Bir çox qida soyuducuda xarab olmadan qalsa da, bəziləri tərkibindəki faydalı qida maddələrini itirir.
Lenti.az xarici KİV-ə istinadən soyuducuya qoyularkən təhlükə saçan qidaların siyahısını təqdim edir:
Bal, mürəbbə, şokalad
Bu qidalar soyuducuda saxlandıqda orqanik təsirləri itir.
Pomidor
Pomidorun soyuducuda qumlu hala gələn quruluşu dadını azaldır. Sürətlə yumşalmağa başladığı üçün bakteriyalar əmələ gəlir və bu halda istifadə ediləndə sağlıqda problem yaradır.
Kartof
Dadı və toxumaları mənfi təsir görür. Kartof yavaş-yavaş çürüməyə başlayar, amma soyuducuda olduğu üçün görüntüsündə dəyişiklik olmaz. Buna görə də çürüdüyü bəlli olmaz.
Sarımsaq
Quru və sərin şəraitdə 3 ay boyunca olduğu kimi qalır. Soyuducuda ikən ətrafındakı hava anti-sarımsaq təsiri göstərir.
Kofe
Soyuducuda nəmlənir və ləzzətini itirir. Qısa müddət sonra boyatlayır.
Şirniyyatlar
Şəkərli qidaları soyuducudan uzaq saxlamaqda fayda var. Çünki onların ləzzəti və forması dəyişir.
Ananas
Ananas kimi tropik meyvələri soyuducuda saxlamaq qısa müddətdə çürüməsinə səbəb olur.
Qarpız
Soyuducu havası qarpızın tez müddətdə xarab olmasına səbəb olur.
Çörək
Bişmiş un məmulatları soyuducuda təzəliyini itirir.
Reyhan
Soyuducuya qoyulduğu andan etibarən rəngi, dadı və qoxusu dəyişir.