Yemək bişirməyi çox sevsəniz belə, həmişə bilmədiyiniz və öyrənməli olduğunuz bir çox üsul var. Çünki eyni yeməyi bişirmək üçün minlərlə müxtəlif yollar olur. Məşhur aşpazlardan bu üsulları öyrənmək bacarıqlarınızı artırmaq üçün çox kömək edə bilər. İstər yaxşı aşpaz olun, istərsə də yemək bişirməyi yeni öyrənən biri, sizin üçün paylaşdığımız bu 10 fənd ilə daha ləzzətli yeməklər yarada və vaxta qənaət edə bilərsiniz.
Lent.az yemək bişirərkən bilinməsi vacib olan 10 sirri sizinlə bölüşür:
Göyərtiləri təravətli saxlayın
Göyərtiləri uzun müddət təzə saxlamağın ən yaxşı yolu, onları yuduqdan sonra kağız dəsmalla bükmək və soyuducuya qoymaqdır. Bu üsul göyərtələrinizin uzun müddət təravətli qalmasına kömək edəcək.
Bulyonu daha dadlı etmək üçün...
Ləzzətli bir bulyon əldə etmək üçün çox sayda qida qalığı istifadə edilə bilər. Göyərtilərin sapı, yerkökü qabığı, balqabaq qırıqları və hətta sümüyü atmaq əvəzinə onları yığın və dondurun. Sonra bulyonda istifadə edin.
Kəsmə taxtanızı təmiz saxlayın
Kəsmə taxtanızı təmizləməyin ən yaxşı yolu duz və limondan istifadə etməkdir. Lövhəyə duz səpin və fırçalamaq üçün limonu kəsərək yarısından istifadə edin.
Limondan daha çox su almaq üçün...
Limonun bütün suyunun sıxıldığına əmin olmaq üçün soyuducuda saxlayın. Sonra suyunu çıxartmadan öncə təxminən 10-20 saniyə mikrodalğalı sobaya qoyun.
Qaynadılmış yumurtanın qabığını çıxarmaq üçün...
Yumurta bişirməyə gəldikdə, bilməli olduğunuz bir çox faydalı məsləhət var. Birincisi, qaynadılmış yumurtanın qabığını çıxarmağın ən asan yolu yumurtanı su ilə dolu bir qaba qoymaqdır. Qabı sürətlə silkələyin. Bu zaman qabığın asanlıqla soyulduğunu görəcəksiniz.
Yumurtanı mükəmməl qızartmaq üçün...
Möhtəşəm qızardılmış yumurta istəyirsinizsə, bişirərkən tavaya bir az su tökün və qapağını örtün. 30 saniyədən bir dəqiqəyə qədər bişirmək yetərlidir.
Çərəzləri qovurun
Çərəzləri sobada bir neçə dəqiqə qovurmaq onların ləzzətini aşkar etməyə kömək edəcəkdir.
Balıqların dəmir setkaya yapışmaması üçün...
Balığı qızardarkən, təəssüf ki, asanlıqla dəmir setkaya yapışır. Bunun qarşısını almaq üçün balıqları dilimlənmiş limonların üzərində bişirin. Bu üsul nəinki ləzzətli dadın yaranmasına səbəb olacaq, həm də təmizliyi bir az daha asanlaşdıracaq.
Hamburger köftələrin qurumasının qarşısını almaq üçün...
Hamburger köftələrinizin qurumasının qarşısını almağın mükəmməl yolu onun içinə bir buz kubu qoymaqdır. Mikrodalğalı sobada bir şey isidirsinizsə, ancaq qurumasını istəmirsinizsə, yanında bir stəkan su qoyun. Bu üsul yeməyinizin nəmliyini təmin edəcək.
Nəhayət, yaxşı mətbəx avadanlığı işinizi asanlaşdıracaq.
Mətbəxdə düzgün avadanlıqdan istifadə etmək çox vacibdir. Bu, yeməyinizin kifayət qədər bişirildiyinə deyil, təhlükəsizliyinizə də aiddir.