Bu məhsulları yeməzdən öncə mütləq yuyun
24 iyun 2020 15:15 (UTC +04:00)

Bu məhsulları yeməzdən öncə mütləq yuyun

Bəzi ərzaqları onları istifadə etməzdən əvvəl mütləq yumaq lazımdır. Amma çoxumuz bunu bilmir, yaxud fərqinə varmırıq. İlk baxışdan təmiz görünən ərzaqların üzərində olan milyonlarla mikroblardan xəbərsiz yeyirik. Nəzərə alsaq ki, hazırda koronavirusla mübarizə aparırıq, bu zaman daha diqqətli olmağımız lazımdır. Hava-damcı yolu ilə yoluxan bu virusdan təkcə gigiyenik qaydalara riayət edərək yox, həm də qəbul etdiyimiz qidaların təmizliyinə diqət etməklə qoruna bilərik.

İndi təqdim edəcəyimiz məhsulları istifadə etməzdən öncə mütləq yumalısınız:

Konserva bankaları

Bu bankaların üzərində çoxlu sayda ziyanverici mikrob və bakteriya ola bilər. Bankanı açanda bu mikrob və bakteriyalar məhsulun içinə düşür. Bu səbəbdən bankanı açmazdan əvvəl axar suyun altında yaxşı yumaq lazımdır.

Qabığı yeyilməyən meyvə və tərəvəzlər


Banan, qarpız, yemiş, kartof və digər bu kimi meyvə və tərəvəzlərin qabığı yeyilməsə də, onları soyduqdan və ya doğradıqdan əvvəl mütləq yaxşı yumaq lazımdır.

Çərəzlər


Təmizlənməmiş qabıqlı qoz-fındığı sındırmazdan əvvəl mütləq yumaq lazımdır ki, onların qabığında olan çirk, toz və s. ləpənin üzərinə düşməsin.  Bundan əlavə, təmizlənmiş çərəzlər də yedikdən əvvəl mütləq yuyulmalıdır. Çərəzlərin üzərində toz, mikroblar, saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr və s. olur. Bu səbəbdən onları axar suyun altında yaxşı yumaq və kağız dəsmalın üzərində qurutmaq lazımdır.

Meyvə quruları


Bunlar ən çirkli məhsullardan biri sayılır. Şirin meyvə qurularına toz, yad hissəciklər və s. asanlıqla yapışır.
Meyvə qurularının hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən istifadə olunur ki, bu maddələr sonra insan orqanizmində toplanır.

Bunları nəzərə alaraq meyvə qurularını mütləq yarım saaat ərzində suda islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4270
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar