Bu davranışlar intihardan xəbər verir
10 sentyabr 2020 19:32 (UTC +04:00)

Bu davranışlar intihardan xəbər verir

Bir insanın ölmək və ya intihar haqqında danışmasının, yazmasının, ümidsiz, çarəsiz, dəyərsiz olduğuna dair şərhlər verməsinin, yaşamaq üçün bir səbəb olmadığını bildirən ifadələrdən istifadə etdiyini vurğulayan mütəxəssislər bu mesajların nəzərə alınmasının vacib olduğunu qeyd edirlər. Daha əvvəl də intihara cəhdi etmiş birinin risk faktoru olduğunu iddia  edən mütəxəssislər, psixiatrik yardım və dəstəyin vacibliyini söyləyirlər.

Psixoloqlar bir insanın davranışlarına diqqət etməklə onun intihara hazırlaşdığını görə biləcəyimizi deyir.

Lent.az həmin “xəbərdarlıqları” təqdim edir:

İntihar siqnalları düzgün oxunmalıdır

Ölüm, ölmək və ya intihar haqqında tez-tez danışan, yazan, ümidsiz, çarəsiz, dəyərsiz olduğunu şərh edən insanlar, yaşamaq üçün bir səbəb olmadığı, yüksək miqdarda alkoqol, narkotik maddə istifadə edən, dostlarından, ailələrindən və cəmiyyətdən uzaqlaşan, əhval-ruhiyyəsi dramatik olanlar intihar riski altındadır.

İntihar cəhdi ən vacib riskdir

Bütün risklər arasında ən vacib riskin "əvvəl intihara cəhd" olduğunu vurğulayan mütəxəssislər, qadınların kişilərdən daha çox intihara cəhd göstərdikləri halda, intihar səbəbiylə həyatını itirənlərin daha çox kişilər  olduğunu bildiriblər.

Psixiatrik xəstəliklər ciddi qəbul edilməlidir

İntihar etməyə cəhd göstərən insanların 90 faizə qədəri psixiatrik bir xəstəliyə sahibdir. Bu xəstəliklərdən ən çox görülən depressiya, bipolyar pozğunluq, psixoz və şəxsiyyət pozğunluqlarıdır.

İntihar hadisəsi irsi xarakter daşıyırmı?

İntihar riskini artıran bir çox amil olduğu üçün yalnız irsiyyət faktor deyil. İnsanın irsi meyli olsa belə, intihar riskini artıran genlərin bir ömür boyu aktivləşməsi və ya passivləşməsi mümkündür. Bu səbəbdən sosial mühitin, yəni təhsilin, ailənin və ətrafında münasibət qurduğu və quracağı hər kəsin rolu çox vacibdir.

Ağır həyat hadisələri və travmalar nəzərə alınmalıdır

Mütəxəssislər psixiatrik xəstəlikləri olanlar, əvvəllər intihara cəhd edənlər, sosial dəstəyi az olanlar, eləcə də travmatik təcrübə keçirənlər, alkoqol və ya narkotik istifadə edənlər, ailəsində intihara cəhd edənlər, son zamanlar baş verən əhəmiyyətli bir faciə (boşanma, akademik uğursuzluq, hüquqi problemlər, maddi problemlər, zorakılığa məruz qalması) və ya ağır itkisi olanların intihar riski altında olduğunu vurğulayır.

# 4531
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar