Alkoqol ağciyəri koronavirusdan qoruyur?
16 aprel 2020 09:22 (UTC +04:00)

Alkoqol ağciyəri koronavirusdan qoruyur?

Pandemiya dövründə bir çoxları virusdan qorunmaq üçün spirtli içkilər içib qorunmağın mümkün olduğunu düşünürlər. Onlar hesab edir ki, koronavirusdan qorunmaq, profilaktika üçün güclü spirtli içkilər içmək daha faydalıdır.

e-tibb.az xəbər verir ki, mütəxəssislər isə əslində koronavirusdan qorunmaq məqsədilə içilən spirtli içkinin yalnız zərər verdiyini bildirirlər. Spirt heç də ağciyərləri dezinfeksiya etmir və qaraciyəri yükləyir. Spirt qaraciyərə və bütün bədənə əlavə yükdür, hətta  koronavirusa yoluxma vaxtı təhlükəlidir.

Nyu-Yorkdakı xəstəxanalardan birinin həkimi Marlen Kaplan deyib ki, pandemiya dövründə bütün risklər nəzərə alınmalıdır: “Koronavirus da başqa xəstəliklər kimi bütün orqanlara əlavə yük yaradır. Və bədənimiz mübarizə apararkən, qaraciyər bu mübarizənin yan məhsullarını filtrə etməklə daha ağır  yük hiss edir".

Onun sözlərinə görə, spirtli içki  yalnız ağız boşluğunu və boğazı dezinfeksiya etməyə kömək edə bilər. Spirtin ağciyərləri dezinfeksiya etmək, qorumaq effekti yoxdur. Həkim, boğazı sodalı məhlul  ilə qarqara etməyi  məsləhət görüb.

Rusiya Səhiyyə Nazirliyinin Baş narkoloqu olmuş Yevgeni Brun da spirtli içkilərə aludəçiliyin COVİD-19-a tutulma ehtimalını artırdığını bildirib. Həkim qeyd edib ki, -alkoqolda hüceyrələri məhv edən etanol var, buna görə də infeksiyaların bədənə daxil olması daha asanlaşır. Bundan əlavə, davamlı spirtli içki ciddi asılılıq yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2384
avatar

Oxşar yazılar