Ramin Malxasov
21 avqust 2024 09:33 (UTC +04:00)

Ramin Malxasov

Zaqatala sakini Göyçayda güllələnərək öldürüldü - YENİLƏNİB-FOTO

Göyçayda öldürülən Zaqatala sakini ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Ramin Malxasov avtomobilində güllələnərək qətlə yetirilib. 

Qətli törədən şəxs qaçıb.

Hadisənin qısqanclıq zəminində və ya sifarişlə törədilməsi ehtimalları da var.

Araşdırmalar davam etdirilir. 

Lent.az qətlə yetirilən şəxsin fotosunu da əldə edib.

***

Saat 00:10

Göyçayda avtomobilində meyiti tapılan şəxsin Zaqataladan olduğu məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən, 37 yaşlı Ramin Malxasov Zaqatalanın Yuxarı Tala kənd sakinidir. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Saat 21:20

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a  bildirilib ki, araşdırmalarla həmin şəxsin 37 yaşlı Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19740
avatar

Oxşar yazılar