Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bitlis rayonu Güroymak qəsəbəsində baş verib. Nəmrud dağının ətəyində parçalanaraq yandırılan insan meyiti aşkar edilib. Məlum olub ki, meyit türk və alman vətəndaşı olan 42 yaşlı N.G.–ya aiddir.
Araşdırma zamanı üzə çıxıb ki, N.G. oktyabrın 20-də dini nikahlı arvadının ailəsinin evindən çıxaraq, itkin düşüb. Ayın 25-də kişinin ailəsi onun itkin düşməsi barədə polisə xəbər veriblər. Aparılan axtarış işləri nəticəsində onun parçalanaraq yandırılan meyiti tapılıb. Hadisə ilə bağlı onun dini nikahlı arvadı, qayınata və qayınanası, həmçinin 2 qaynı saxlanılıb.
Məlum olub ki, N.G.-nın qaynı onu ov tüfəngi ilə öldürərək, meyitini parçalayıb və yandıraraq Nəmrud dağının ətəyinə atıb. Hazırda araşdırma aparılır.