Yevlaxda oğulu öldürüb atasını yaralamaqda şübhəli bilinən ata və oğul həbs olunub.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hadisəni törədən 38 yaşlı Afət Abdullayev və oğlu 19 yaşlı Təbriz Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunurlar. Hadisə fevralın 13-də baş verib. Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alıb, onun oğlu Amin Əsədovun isə öldürülüb.