Yevlaxda FACİƏ:  arvadını öldürüb özünü GÜLLƏLƏDİ
28 sentyabr 2023 10:09 (UTC +04:00)

Yevlaxda FACİƏ: arvadını öldürüb özünü GÜLLƏLƏDİ

Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 60 yaşlı Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 63 yaşlı Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar