Yevlaxda DƏHŞƏT:  kişini qəsdən maşınla vurub öldürdü
21 sentyabr 2024 19:25 (UTC +04:00)

Yevlaxda DƏHŞƏT: kişini qəsdən maşınla vurub öldürdü

Bu gün Yevlax şəhər ərazisində rayon sakini 39 yaşlı Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı rayon sakini Zamin Cavadov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Oxşar yazılar