Yeni ilin ilk günü 7 kilodan çox narkotik  satışdan çıxarıldı
02 yanvar 2024 12:10 (UTC +04:00)

Yeni ilin ilk günü 7 kilodan çox narkotik satışdan çıxarıldı

Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 760 qramdan çox narkotik vasitə və 2580 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 730 qramdan artıq heroin, 4 kiloqram 210 qramdan çox marixuana, 535 qram tiryək, 178 qram metamfetamin, həmçinin 103 qram çəkidə 2580 ədəd güclü təsiredici xassəyə malik həb olub.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

# 4035
avatar

Oxşar yazılar