Yardımlıdan Bakıya narkotik satmağa gələn saxlanıldı - FOTO
23 mart 2023 10:12 (UTC +04:00)

Yardımlıdan Bakıya narkotik satmağa gələn saxlanıldı - FOTO

Masallı sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi "Chevrolet" markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

# 2346
avatar

Oxşar yazılar