"Yaponçik"in qatillərinə 31 İL  HƏBS- YENİLƏNİB
13 dekabr 2021 17:57 (UTC +04:00)

"Yaponçik"in qatillərinə 31 İL HƏBS- YENİLƏNİB

Bir  qədər əvvəl Moskva şəhər məhkəməsi “Yaponçik” ləqəbli criminal avtoritet Vyaçeslav İvankovun qatilləri Murtazi Şadaniya və Canbul Canaşiya barəsində hökm çıxarıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən xəbər verir ki, Şadaniya 15, Canaşi isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli müəssisədə çəkəcəklər.

***

saat 10.37

Moskva şəhər məhkəməsində prokuror “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankovun qatillərinə üst-üstə 33 il həbs tələb edib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə,  prokuror Cambul Canaşiyaya 16, Murtazi Şadaniyaya isə 17 il iş oxuyub. 

İstintaq nəticəsində məlum olub ki, 28 iyul 2009-cu ildə Kaxa Qazayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya “Tayskiy slon” restoranına gəliblər. İvankov restorandan çıxarkən o güllələnib. O, bir neçə ay sonra isə xəstəxanada vəfat edib.

# 4929
avatar

Səbuhi Sədəf

Oxşar yazılar