Xəstə kişi arvadını öldürüb intihar etdi
27 fevral 2024 12:36 (UTC +04:00)

Xəstə kişi arvadını öldürüb intihar etdi

Rusiyanın Sankt-Peterburq şəhərinin Kupçino rayonunda 63 yaşlı kişi həyat yoldaşını öldürərək intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, kişinin meyitini görən qonşular təcili yardım və polis çağırıblar. Oğul ögey atasının meyitini tanıyıb və sonra mənzilə daxil olaraq 65 yaşlı anasının orada öldüyünü görüb. Qadında bıçaq xəsarətləri olub.

Mərhumun oğlu bildirib ki, ögey atası təxminən iki ay əvvəl xərçəng müayinəsindən keçmək üçün işdən çıxıb. Kişi xərçənglə bağlı müayinənin təsdiqlənəcəyindən qorxurdu və son vaxtlar depressiyaya düşmüşdü. Buna görə vaxtaşırı həyat yoldaşı ilə mübahisə edirdi.

Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

# 3156
avatar

Oxşar yazılar