Vəzifəli şəxsin 51 min manatlıq “ALIŞ-VERİŞ”İ  sonda məhkəməlik oldu
27 oktyabr 2025 11:40 (UTC +04:00)

Vəzifəli şəxsin 51 min manatlıq “ALIŞ-VERİŞ”İ sonda məhkəməlik oldu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V. A. və tanışı T. B-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə çıxış edən  dövlət ittihamçısı A.V-nın 7 il 6 ay, B.T-nin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Çıxış edən zərərçəkən C. M "Onlar tutuldu, ya da tutulmadı -  mənə nə? Mənim pulumu qaytarsınlar"-deyib.

Digər müdafiəçi çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə növbəti prosesi 31 oktyabr saat 15:00 təyin  edib.

Şahidlər bu qərara narazılıq edərək "Bu iki qadının ikisi də dələduzdurlar. Allah bəlasını versin bunların.  Mən kasıbçılıqla uzaq yoldan güclə gəlib- gedirəm? Qərarı elan edin, yollardan canım qurtarsın".

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar