Bakıda yanğın oldu, ölən var -YENİLƏNİB
27 oktyabr 2025 09:32 (UTC +04:00)

Bakıda yanğın oldu, ölən var-YENİLƏNİB

0

Bakıda fərdi yaşayış evində yanğın olub.

Lent.az xəbər verir ki, oktyabrın 26-ı saat saat 07 radələrində 46 yaşlı  Məmmədli Şahinə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə yanğın olub.

İlkin ehtimalla, elektrik cərəyanının qısaqapanması səbəbindən baş vermiş yanğın nəticəsində həmin tikilinin içərisində olan əşyalarla birlikdə yanğın təsirinə məruz qalmış, həmin vaxt evdə olan Şahin Məmmədli aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

26.10.25, 19:22

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1424

Oxşar yazılar