Şirvanda 5 min manat oğurlayan qadın saxlanılıb.
Lent.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə şəhər sakini olan bir qadının içərisində 5250 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən G.Əkbərova saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.