Lonely Planet hər il oktyabr ayında növbəti ildə səyahətçilərin diqqət etməli olduğu yerləri açıqlayır. 2026-cı il üçün seçilən 25 möhtəşəm istiqamət arasında birinci yeri Cənubi Amerikanın rəngarəng və qədim tarixli ölkəsi Peru tutub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Peru həm qədim inka irsini, həm də müasir inkişafını paralel şəkildə qoruyan nadir məkanlardan biridir.
Ölkədə son illərdə infrastruktur sürətlə yenilənib, paytaxt Lima və macəra mərkəzi sayılan Uarasedə yeni hava limanları, eləcə də inka imperiyasının paytaxtı olmuş Kuskoya yaxın yeni hava limanının açılması səyahəti xeyli rahatlaşdırıb.
Bununla yanaşı, Perunun ən məşhur abidəsi Maçu Pikçu turist axınını balanslaşdırmaq məqsədilə 10 yürüş marşrutunu birləşdirən 3 yeni dövri tur proqramı tətbiq edib. Səyahətçilər artıq daha az tanınan, lakin tarixi baxımdan zəngin yerlərə, məsələn, Çokekirao xarabalıqlarına və ya Andlarda uzanan qədim Kapaq-Nyan daş yolları boyunca yürüş etməyə üstünlük verirlər.
Ekspertlər həmçinin Perunun sürətlə inkişaf edən qastronomiyasına xüsusi diqqət yetirir və Limanı “dünyanın yeni kulinariya paytaxtlarından biri” adlandırırlar.
"Lonely Planet"ə görə 2026-cı ildə səyahət üçün 25 ən yaxşı məkan:
Peru - Cənubi Amerika
Caffna - Şri-Lanka
Men ştatı - ABŞ
Kadis - İspaniya
Reünyon - Afrika
Botsvana - Afrika
Kartahena - Kolumbiya
Finlandiya
Tippereri - İrlandiya
Mexiko - Meksika
Ketsaltenango - Qvatemala
Britaniya Kolumbiyası - Kanada
Sardiniya - İtaliya
Liberdadi, San-Paulu - Braziliya
Utrext - Niderland
Barbados - Karib hövzəsi
Çecjudo - Cənubi Koreya
Şimali ada - Yeni Zelandiya
Teodor Ruzvelt Milli Parkı - Şimali Dakota (ABŞ)
Kuinyon - Vyetnam
Səmreap - Kamboca
Pxuket - Tailand
İkra-Flinders silsiləsi və Autbek - Avstraliya
Tunis - Afrika
Solomon Adaları - Okeaniya